Tarixi Şuşa şəhərinin mərkəzində yerləşən Şuşa hoteli 2023-cü ilin may ayında açılmışdır. Müasir üslubda dizayn olunmuş 154 otaq, milli mətbəxin ləziz təamlarını təklif edən restoran və bar, geniş spa mərkəzi, tədbir və iclas zalları, müxtəlif növ digər xidmətləri ilə 5 ulduzlu "Hotel və Konqres Mərkəzi" müasir komfort və milli memarlıq ənənələrinin sintezini özündə birləşdirir.
Sizi Şuşa hotelində dəbdəbə, tarix və mədəniyyətin vəhdətinə qərq olmağa dəvət edirik.
Cıdır restoranı öz qonaqlarına ənənəvi Azərbaycan mətbəxini müasir kulinariya texnikası ilə birləşdirən təkrarsız dadlar təcrübəsi təqdim edir. Şuşa şəhərinin simvolik Cıdır düzünün adını daşıyan yeni restoranımız Azərbaycanın zəngin mədəni irsini və müxtəlif ləzzətlərini tərənnüm edir. Bizim istedadlı aşpazlarımız müasir kulinariya tendensiyalarını və texnikalarını özündə birləşdirməklə ən yaxşı yerli inqrediyentləri, ədviyyatları və yemək ənənələrini vurğulayan menyu yaratmışlar. Restoranın gözəl interyeri isə burada qonaqların keçirdiyi vaxtı daha da unudulmaz edir.
Hotelin birinci mərtəbəsində yerləşən Şərbət Bar & Lounge müxtəlif növ içki sevərlər üçün mükəmməl yerdir. Bar qonaqlara alkoqollu və alkoqolsuz içkilər, və Azərbaycan şərablarının xüsusi diqqətlə seçilmiş çeşidini Meysəri, Savalan və Ağdam kimi şərabları təklif edir. Sizi qonaqpərvər bir atmosferdə yüksək səviyyəli xidmətlə bölgənin zəngin şərab irsini dadmağa dəvət edirik.
Şuşa hotelinin birinci mərtəbəsində yerləşən Bulaq Spa istirahət və enerji bərpası üçün mükəmməl yerdir. Ən müasir şəraitlə təchiz olunmuş Spa mərkəzimizdə hər bir qonağa uyğun xidmətlər mövcuddur.