AZ EN
LinkedIn Instagram 360°

Spa & Sağlamlıq

Bulaq Spa-da Unudulmaz İstirahət

Şuşa hotelinin birinci mərtəbəsində yerləşən Bulaq Spa istirahət və enerji bərpası üçün mükəmməl yerdir. Ən müasir şəraitlə təchiz olunmuş Spa mərkəzimizdə hər bir qonağa uyğun xidmətlər mövcuddur.

Burada müxtəlif növ masajlar, və müalicəvi prosedurlar, eləcə də sauna, tam təchiz olunmuş fitnes zalı mövcuddur. Atriumu olan qapalı hovuzun rahatladıcı atmosferində istirahətdən zövq ala bilərsiniz.

Spa Xidmətləri

Bulaq Spa səhər saat 08:00-dan 23:00-a kimi fəaliyyət göstərərək xidmətlərimizdən yararlanmaq üçün sizə kifayət qədər vaxt təmin edir. Burada 4 standart və 1 eksklüziv VIP otaq daxil olmaqla cəmi 5 masaj otağı var. VIP otaq sizə ən yüksək istirahət təcrübəsi təqdim etmək üçün cakuzi, buxar otağı, sauna və duş kimi şəraitlə təchiz edilmişdir. Hovuzumuz 19 x 8 metr ölçüsü və 1,35 metr dərinliyə malikdir. Müasir avadanlıqlarla təchiz olunmuş idman zalımızda aktiv qalın və fitnes rejiminizi qoruyun. Bulaq Spada eləcə də türk hamamı, sauna, buxar otağı, cakuzi, buz aparatı kimi üstünlüklərdən həzz alın.

Masajlar

Bulaq Spa-da professional spa terapevtlərimiz və yüksək keyfiyyətli məhsullarımız hotelimizdə istirahətinizi unudulmaz edəcək. Sizin sağlamlığınız və rifahınız bizim üçün əsas prioritetdir. Spa mərkəzimizdə təklif olunan geniş çeşid masaj növlərini sınayın.

Maksimum 3 böyük
12 yaşdan kiçik

0